Translate
пятница, 2 мая 2014 г.
TƏLİMDƏ GERİ QALMANIN SƏBƏBLƏRİ VƏ
TƏLİMDƏ GERİ QALAN ŞAGİRDLƏRİN
PSİXOLOJİ XARAKTERİSTİKASI.
Son illər
respublikamızda ciddi siyasi, ictimai və iqtisadi dəyişikliklər baş verməkdədir.
Bu dəyişikliklər cəmiyyətin müxtəlif sahələrində olduğu kimi təhsil sahəsində də
öz təsirini göstərir. Belə ki, təhsilin demokratikləşdirilməsi bu gün kəskin
olaraq qarşıya vətəndaşların əxlaqının, qabiliyyətinin, fəallığının inkişaf
etdirilməsi vəzifəsini qoyur. Hər bir şagird özünəməxsus idrak fəaliyyətinə,
emosional sabitliyə, iradəyə, xarakterə malikdir və onların hər biri fərdi
yanaşma tələb edir. Müəllimlərin isə buna imkanı çatmır və yaxud da verdiyi
tövsiyə və məsləhətlər səmərəsiz olur. Ona görə ki, onların psixoloji hazırlığı
aşağı səviyyədədir. Bildiyimiz kimi məktəbdə
təlimin səmərə və keyfiyyəti hər bir müəllim qarşısında duran əsas vəziələrdən
biridir Müvəfəqiyyətlə
oxumaq motivlərdən xeyli asılıdır.Şagirddə motivlər zəif inkishaf etdikdə,o təlimdən
geri qalır.Məktəblilərdə motivlər müxtəlof şəkildə özünü göstərir.1.Zəif oxuyan
şagirdin müəyyən qismini səhv olaraq,əqli cəhətdən geri qalmış hesab edirlər.Belə
şagirdlər təlim materialını anlamağa, onun haqqında müstəqil düşünməyə cəhd
göstərmir,ən çox mexaniki əzbərləməyə meyl edirlər.Şagirddə bu nöqsanı arada
qaldırmaq üçün müəllim çox sadə mətnlərdən başlayaraq, şagirdə müraciət edir və
deyir;Bu mətni oxu və de görək,oradakı qızın adı nədir?Oxu de görək,burada nədən
danışılır,oğlan hara getdi,qız nə edir? Və s.Müəllim bu tərzdə şagirdə
yanaşdıqdan sonra onun nöqsanını aradan qaldırmağa müvəffəq olur.2.Təlimdə geri qalan şagirdlərin müəyyən hissəsində
düzgun vərdiş və adətlərinin yaranmadığı müşahidə edilir.Belə şagirdlər
haqqında adətən deyirlər ki,onlar oxumağı bacarmırlar.Bu qrup geridə qalan
şagirdlər dərsi öyrənmə tərzlərindən düzgün istifadə etmirlər və ya istifadə
etdikləri tərzlər çoxlu zəhmət tələb edir və az səmərə verir.Bu qrupa daxil
olan şagirdlərin bəziləri mətni oxuyarkən mühüm cəhətlərə fikir vermir,materialı
məntiqi hissələrə bölmürlər və s.Şagirdlərin əksəriyyəti dərsi bir-iki dəfə
oxuduqdan sonra öz-özünə nağıl etmir,hafizədə canlandırmır,yalnız oxumaqla
kifayətlənir.Beləliklə,şagird materialı nə dərəcədə mənimsəməsini yoxlaya
bilmir.Bəzən o,materialı çox yaxşı öyrəndiyini deyir,lakin ifadə etməyi
bacarmır.3.Tədris işindəki nöqsanlardan biri də müxtəlif
çalışmaların hansı qaydalarla icrasına aiddir.Bəzən şagirdlər müəyyən səmərəli
üsulları üyrənmədən yazı yazır,məsələ həll edir,şəkil çəkir və s.Belə səhvlərin
səbəbi şagirdlərin diqqətsizliyi ilə izah olunur.Səmərəli üsullardan istifadə
etməklə.belə nöqsanları şagirdin nəzərinə çatdırmaq lazımdır4.Dərsdə geri qalmanın səbəblərindən biri də
ümumiyyətlə,tədris işini düzgün təşkil etməyi bacarmamaqdır.Bəzən şagird tədris
rejiminə düzgün riayət etmir,dərsi istirahət etmədən hazırlaşmağa başlayir.Dərsdə
fasiləsiz məşğul olmaq,həmçinin arada çox.yaxud tez-tez fasiləvermə də işin səmərəsinə
təsir göstərir.Geridə qalan şagirdlər içərisində elələri də var ki,müstəqil iş
icra ederkən uzun vaxt sərf edir,bir işdən digərinə vaxtında keçə bilmirlər.5.Onların əməyə,təlim əməyinə düzgün olmayan
münasibət bəsləmələridir.Şagirdləri çətinliyə qarşı,maneələri aradan qaldırmaq
uğrunda mübariz ruhunda tərbyə etmək lazımdır,əks halda onlar çətinlikdən
qorxar və onlarda əməyə düzgün olmayan münasibət yaranır.Belə şagird əməyi
sevmir,dərsə ciddi yanaşmir.ev tapşiriqlarini yerinə yetirmədən məktəbə gəlir və
s.Belə şagirdlərdə əməksevərlik tərbiyə etmək üçün məktəbin ictimai işlərinə cəlb
etmək lazımdır.6.İdrak maraqlarının şagirdlərin müvəffəqiyyətlə
oxumaları üçün böyük əhəmiyyəti vardır.Bu marağa malik şagirdlər üçün təlim
prosesi cəlbedici,asan.fərəhli olur,Belə marağı olmayan şagird dərsi oxuyursa
da səthi mənimsəyir.Bu da şagirdin geri qalmasına səbəb olur.Ümumiyyətlə.maraqlar
adami elmi daha da dərindən dərk etməyə yönəldir.Buna görə də şagirdlərdə
maraqları inkişaf etdirmək vacibdir.Uşaqlarda maraqların inkişafına tədris ənlərinin
faydasının anlamağın.müxtəlif ffənn dərnəklərində iştirakın,müəllimin pedaqoji
məharətinin,dərsdə şagirdlərin diqqətli olmalarının.təlimin ictimai əhəmiyyətini
başa düşməyin,əyani vasitələrdən istifadənin ,yeni kitabları mütaliə etməyin və
s. Boyük təsirir vardir.7.Bədənin sağlam olmaması zəif oxumağa səbəb
olur.Belə uşaq dərsdə diqqətsiz olur,materialı uzuzn müddət yadda saxlaya
bilmir,tez yorulur və s.Bu qrup şagirdlərə fərdi yanaşıb,onların sağlamlığı
qeydinə qalmaq, müalicəsinə,istirahətinə,hər səhər bədən tərbiyəsi ilə məşğul olmasına
ciddi fikir vermək lazımdır.8.Dərslərər müntəzəzm davam etmədikdə də təlimdə
geri qalma baş verir.Şagird bəzən gecikir,bəzəzn arabir dərs buraxir və ya dərsə
bir neçə gün gəlmir.Bu günlərdə keçilmiş dərsləri öyrənmir.Buraxılan dərsləri
hazırlamamaq müəyyən dərslərin müvəffəqiyyətlə mənimsənilməsinə mənfi təsir
edir.şagirdin geri qalmasına,zəif oxumasına səbəb olur.Müəllim dərs buraxmanin
qarşısını vaxtında almalıdır.əks halda bu şagirddə adətə çevrilir,sonra da şagirdə
bunu tərgitmək çox çətin olur.Müəllim belə şagirdlərə fərdi yanaşmalı,onların
dırs buraxmalarının səbəbini öyrənməli,lazımi tədbirlər görməlidir.Məktəb rəhbərləri,uşaq
və gənclər təşkilatları bu işdə müəllimə yaxından kömək etməlidir.9.Təlimdə geri qalmanın səbəblərindən biri də.ailədə
şagirdin dərsə hazırlaşmasınalazımi şəraitin yaradılmamasıdır.Bəzi ailələr evdə
uşağı nəzarətsiz buraxır,yaxud ev işləri ilə həddindən artıq yükləyirlər.Hətta,
bəzi ailələr hazırda iqtisadi çətinlikləri nəzərə alaraq uşağı kommersiya işlərinə,alqı-satqı
ilə,xırda alverlə məşğul olmağa təhrik edirlər.Sinif rəhbəri məktəb psixoloqu
ilə birlikdə ailə ilə yaxın əlaqə yaradıb,bu işdə valideynlərə düzgün göstəriş
verməli,kömək göstərməlidir.10.Şagirdin qüvvə və qabiliyyətini düzgün qiymətləndirmədikdə
də təlimdə geri qalma halları baş verir.Sagirdin qabiliyyətini qiymətləndirdikdə
iki cür səhvə yol verilir;
1.Sagirdin qabiliyyəti həddən artıq qiymətləndirilir.Bu şagirddə
arxayınçılıq,lovğalıq yaradır və o tədricən geri qalmağa başlayır.
2.Şagirdin qabiliyyəti heç qiymətləndirirlmir.Hətta müəllim,valideyn
uşağa deyir; Səndən oxuyan olmaz,nahaq məktəbə gedirsən.vaxtını hədər yerə sərf
edirsən.Sagirdlərə belə yanaşma düzgün deyildir.Hətta ən yaxşı oxuyan şagirdə
bele bu cür yanaşdıqda,o da tədricən geri qalar.Bu qeydlərdən göründüyü kimi,şagirdlərin psixoloji
xüsusiyyətlərini öyrənib bilmək,təlim-tərbiyə işiinin düzgün qurulmasına,elmlərin
əsaslarının dərindən mənimsənilməsinə,bununla
birlikdə,dərsdə geri qalan şagirdlərin müvəffəqiyyətlə oxumalarina nail
olmaq işində müəllimə,valideynlərə əhəmiyyətli yardım göstərir.
Müəllif : 263 №-li tam orta məktəbin
psixoloqu Zeyniyeva Gülşən
Подписаться на:
Сообщения (Atom)