Translate

среда, 23 апреля 2014 г.







   Bizim məktəb... 

   Bəziləri üçün bu "bizim" sözü sadəcə adi termindir, şəxs əvəzliyidir. Amma onun böyüklüyü və dəyəri qoşulduğu və aid olduğu sözlə bilinir.Yuxarıda qeyd olunan "Bizim məktəb" birləşməsi bu dəyərin açıqlaması ola bilər.

    Hal - hazırda çalışdığım məktəb mənim kimi bir çox müəllim üçün əzizdir. Niyə ?  Cavab çox sadədir: …

     İlk dəfə bu məktəbə ayaq basanda, hamı kimi mənim də yeddi yaşım vardı. Hər birinci sinfə gələn  kiçik qız kimi saçımda ağ lent , çiynimdə məktəbli çantası, ürəyimdə bir az həyəcan , bir az sevinc , bir az  da   qorxu , məktəb foyesinə daxil oldum. O vaxtlar bu foye mənə çox böyük görünürdü.

     Sinif otağımız birinci mərtəbədə yerləşirdi. İkinci mərtəbəyə heç qalxmamışdıq. Buna görə bizim üçün  ikinci və üçüncü mərtəbələr möcüzəli bir dunya təsəvvürü yaradırdı. Yalnız üçüncü sinfdə oxuyanda böyük qardaşımın məni II mərtəbəyə apardığı ekskursiyadan sonra bildim ki, orada da sinif otaqları var və bu siniflərdə yaşca böyük olanlar dərs keçirlər.

    İllər keçdi. Amma biz, bu məktəbdə şagird olub, indi müəllim adını daşıyanlar , hələ də məktəbi möcüzəli dünya sayırıq. 

    Məktəb bizim evimizdir. Çünki ömrümüz burada keçib. Bu məktəbin hər daşında xatirələrimiz, sevincimiz , kədərimiz , arzularımız yaşayır. Dəhlizlərdə bir zaman bizə dərs deyən,  indi isə çiyin - çiyinə çalışdığımız müəllimlərlə qarşılaşdıqda ,onların gözlərindəki mehribanlıq və qürur hissi bizim üçün bir dünyanın nemətinə bərabərdir. Bu gün biz şərəfli  müəllim adını daşıyırıqsa buna görə sizə borcluyuq. Sağ olun ki, varsız , bu məktəbi yaşadan və ucaldan müəllimlərimiz!



                                                              Ismayılova Samirə

суббота, 19 апреля 2014 г.

NOVRUZ BAYRAMI


Mart ayının 14 də  "Elimizə Novruz gəlir" adı altında keçirilən  tədbir məktəbdə keçirilən bir sıra tədbirlərdən fərqlənirdi. Bu tədbiri digər tədbirlərdən fərqləndirən cəhət təşkilatçının təşəbbüsü ilə səhnədə şagirdlərlə yanaşı müəllimləin də iştirak etməsi idi. Tədbir  təbiətin oyanmasını canlandıran rəqslə başladı. Bu rəqs məktəbimizin ən kiçik şagirdləri tərəfindən ifa olundu.


    "Elimə ,obama xoş gəldin əziz bayramım! Bu gozəl diyara, ulu torpağa baharın salamı novruz! Qədəmlərin yurduma uğur gətirsin, nur gətirsin!" Aparıcı Ləman bu sözlərlə bahari və Novruz bayramını salamladı.

5-ci sinif şagirdləri Azərbaycan mahnısını məharətlə ifa etdilər.



Sonra Bahar qız öz gözəl rəqsini tamaşaçılara hədiyyə etdi.




 Hər çiçəyin öz gözəlliyi var. Amma Novruzgülünü ən cəsur çiçək adlandırmaq olar.O, qar altından açan ilk çiçəkdir.Baharın ilk çiçəyi Novruzgülüdür. 


Bayramda hər süfrənin yaraşığı olan gözəl səməni. Balaca rəqqasələr "Səməni" rəqsini ifa edərkən Gülnar gözəl ifasıyla onları müşaiyət edir.


6 -cı sinif şagirdləri şəhərimizin möhtəşəm abidələrindən , qeyd edilən Novruz bayramından ingilis dilində hazırladıqları səhnəciklə məlumat verdilər.




Şagirdlərlə yanaşı müəllimlər də səhəciklərdə iştirak edirlər.  Onlar da şeir  deyir , mahnı oxuyur, yallı reqsini ifa edirdilər.


Məkətbin aşıqı İsmayıl saz havası ilə baharı salamladı.


Tamaşaçıların ən çox sevdiyi iştirakçılar Novruzun ən gözəl təmsilçiləri Kosa və Keçəl hamını əyləndirdi. qonaqlarla yumurta döyüşen Kosa payını alaraq iştirakçılara qoşuldu.


среда, 16 апреля 2014 г.

  MƏKTƏBİMİZ


 Xətai rayonunda yerləşən 263 №-li tam orta məktəb 1981-ci ildən fəaliyyət göstərir. 1995 -ci ildən Qarabağ müharibəsi şəhidi Allahverdi Xəlilovun adını daşıyan məktəb, Azərbaycan Respublikası Prezidentinin 06 avqust 2013-cü il tarixli Sərəncamı ilə 2012-2013-cü tədris ilində keçirilmiş "ƏN YAXŞI ÜMUMTƏHSİL MƏKTƏBİ" müsabiqəsinin qalibi olmuşdur.
   Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafına göstərdiyi diqqət və qayğı hamımıza məlumdur. Ulu öndərimizin siyasətinin layiqli davamçısı , Azərbaycan Respublikasınin Prezidenti İlham Əliyev də bu istiqamətdə yerində və döğru sərəncamlarıyla təhsil səviyyəmizi daha da yüksəklərə qaldırır. Öz növbəsində körpələrə olan munasıbətilə  hər zaman diqqət mərkəzində olan  Azərbaycanin birinci xanimi,  UNESCO-nun ölkəmizdəki xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti  Mehriban Əliyevanın kiçik və orta təhsil sahələrində gördüyü işləri də xüsusi olaraq vurğulamaq lazımdır.Bunun nəticəsi olaraq respublikamızda olan çoxsaylı məktəblər kimi bizim də məktəbimiz müasir tələblərə cavab verəcək şəkildə təmir olunmuş və təhsil üçün lazım olan ən son texnologiyalarla təmin olunmuşdur. 
Hal - hazırda 165 nəfərlik müəllim heyəti və 1358 şagirdi ilə məktəbimiz ildən-ilə əldə etdiyi nailiyyıtlərini artirmaqda davam edir.