Translate

суббота, 3 мая 2014 г.

BALACA  RƏQQASLARIMIZ.



30 aprel 2014 - cü ildə  Xətai rayonu  95 №-li tam orta məktəbdə   "Zərifə Əliyevanın 90 illiyi " münasibətilə  Gənclər və İdman İdarəsini təşkil etdiyi rəqs müsabiqəsi keçirilmişdir. 



Bu müsabiqədə məktəbimizi təmsil edən balaca rəqqasımız  2-a sinif şagirdi Orxan və sinif yoldaşı Leyla "Nazeləmə" rəqsini ifa ediblər. 






Müsabiqənin sonunda şagirdlərimiz Fərqlənmə diplomları ilə təltif olunublar. 


İNFORMATİKA DƏRSİ

İkinci sinif şagirdlərinin  Paint proqramında çəkdiyi şəkillər.





пятница, 2 мая 2014 г.

                                           
TƏLİMDƏ GERİ QALMANIN SƏBƏBLƏRİ VƏ 
TƏLİMDƏ GERİ QALAN ŞAGİRDLƏRİN
 PSİXOLOJİ XARAKTERİSTİKASI.

   Son illər respublikamızda ciddi siyasi, ictimai və iqtisadi dəyişikliklər baş verməkdədir. Bu dəyişikliklər cəmiyyətin müxtəlif sahələrində olduğu kimi təhsil sahəsində də öz təsirini göstərir. Belə ki, təhsilin demokratikləşdirilməsi bu gün kəskin olaraq qarşıya vətəndaşların əxlaqının, qabiliyyətinin, fəallığının inkişaf etdirilməsi vəzifəsini qoyur. Hər bir şagird özünəməxsus idrak fəaliyyətinə, emosional sabitliyə, iradəyə, xarakterə malikdir və onların hər biri fərdi yanaşma tələb edir. Müəllimlərin isə buna imkanı çatmır və yaxud da verdiyi tövsiyə və məsləhətlər səmərəsiz olur. Ona görə ki, onların psixoloji hazırlığı aşağı səviyyədədir.  Bildiyimiz kimi məktəbdə təlimin səmərə və keyfiyyəti hər bir müəllim qarşısında duran əsas vəziələrdən biridir   Müvəfəqiyyətlə oxumaq motivlərdən xeyli asılıdır.Şagirddə motivlər zəif inkishaf etdikdə,o təlimdən geri qalır.Məktəblilərdə motivlər müxtəlof şəkildə özünü göstərir.1.Zəif oxuyan şagirdin müəyyən qismini səhv olaraq,əqli cəhətdən geri qalmış hesab edirlər.Belə şagirdlər təlim materialını anlamağa, onun haqqında müstəqil düşünməyə cəhd göstərmir,ən çox mexaniki əzbərləməyə meyl edirlər.Şagirddə bu nöqsanı arada qaldırmaq üçün müəllim çox sadə mətnlərdən başlayaraq, şagirdə müraciət edir və deyir;Bu mətni oxu və de görək,oradakı qızın adı nədir?Oxu de görək,burada nədən danışılır,oğlan hara getdi,qız nə edir? Və s.Müəllim bu tərzdə şagirdə yanaşdıqdan sonra onun nöqsanını aradan qaldırmağa müvəffəq olur.2.Təlimdə geri qalan şagirdlərin müəyyən hissəsində düzgun vərdiş və adətlərinin yaranmadığı müşahidə edilir.Belə şagirdlər haqqında adətən deyirlər ki,onlar oxumağı bacarmırlar.Bu qrup geridə qalan şagirdlər dərsi öyrənmə tərzlərindən düzgün istifadə etmirlər və ya istifadə etdikləri tərzlər çoxlu zəhmət tələb edir və az səmərə verir.Bu qrupa daxil olan şagirdlərin bəziləri mətni oxuyarkən mühüm cəhətlərə fikir vermir,materialı məntiqi hissələrə bölmürlər və s.Şagirdlərin əksəriyyəti dərsi bir-iki dəfə oxuduqdan sonra öz-özünə nağıl etmir,hafizədə canlandırmır,yalnız oxumaqla kifayətlənir.Beləliklə,şagird materialı nə dərəcədə mənimsəməsini yoxlaya bilmir.Bəzən o,materialı çox yaxşı öyrəndiyini deyir,lakin ifadə etməyi bacarmır.3.Tədris işindəki nöqsanlardan biri də müxtəlif çalışmaların hansı qaydalarla icrasına aiddir.Bəzən şagirdlər müəyyən səmərəli üsulları üyrənmədən yazı yazır,məsələ həll edir,şəkil çəkir və s.Belə səhvlərin səbəbi şagirdlərin diqqətsizliyi ilə izah olunur.Səmərəli üsullardan istifadə etməklə.belə nöqsanları şagirdin nəzərinə çatdırmaq lazımdır4.Dərsdə geri qalmanın səbəblərindən biri də ümumiyyətlə,tədris işini düzgün təşkil etməyi bacarmamaqdır.Bəzən şagird tədris rejiminə düzgün riayət etmir,dərsi istirahət etmədən hazırlaşmağa başlayir.Dərsdə fasiləsiz məşğul olmaq,həmçinin arada çox.yaxud tez-tez fasiləvermə də işin səmərəsinə təsir göstərir.Geridə qalan şagirdlər içərisində elələri də var ki,müstəqil iş icra ederkən uzun vaxt sərf edir,bir işdən digərinə vaxtında keçə bilmirlər.5.Onların əməyə,təlim əməyinə düzgün olmayan münasibət bəsləmələridir.Şagirdləri çətinliyə qarşı,maneələri aradan qaldırmaq uğrunda mübariz ruhunda tərbyə etmək lazımdır,əks halda onlar çətinlikdən qorxar və onlarda əməyə düzgün olmayan münasibət yaranır.Belə şagird əməyi sevmir,dərsə ciddi yanaşmir.ev tapşiriqlarini yerinə yetirmədən məktəbə gəlir və s.Belə şagirdlərdə əməksevərlik tərbiyə etmək üçün məktəbin ictimai işlərinə cəlb etmək lazımdır.6.İdrak maraqlarının şagirdlərin müvəffəqiyyətlə oxumaları üçün böyük əhəmiyyəti vardır.Bu marağa malik şagirdlər üçün təlim prosesi cəlbedici,asan.fərəhli olur,Belə marağı olmayan şagird dərsi oxuyursa da səthi mənimsəyir.Bu da şagirdin geri qalmasına səbəb olur.Ümumiyyətlə.maraqlar adami elmi daha da dərindən dərk etməyə yönəldir.Buna görə də şagirdlərdə maraqları inkişaf etdirmək vacibdir.Uşaqlarda maraqların inkişafına tədris ənlərinin faydasının anlamağın.müxtəlif ffənn dərnəklərində iştirakın,müəllimin pedaqoji məharətinin,dərsdə şagirdlərin diqqətli olmalarının.təlimin ictimai əhəmiyyətini başa düşməyin,əyani vasitələrdən istifadənin ,yeni kitabları mütaliə etməyin və s. Boyük təsirir vardir.7.Bədənin sağlam olmaması zəif oxumağa səbəb olur.Belə uşaq dərsdə diqqətsiz olur,materialı uzuzn müddət yadda saxlaya bilmir,tez yorulur və s.Bu qrup şagirdlərə fərdi yanaşıb,onların sağlamlığı qeydinə qalmaq, müalicəsinə,istirahətinə,hər səhər bədən tərbiyəsi ilə məşğul olmasına ciddi fikir vermək lazımdır.8.Dərslərər müntəzəzm davam etmədikdə də təlimdə geri qalma baş verir.Şagird bəzən gecikir,bəzəzn arabir dərs buraxir və ya dərsə bir neçə gün gəlmir.Bu günlərdə keçilmiş dərsləri öyrənmir.Buraxılan dərsləri hazırlamamaq müəyyən dərslərin müvəffəqiyyətlə mənimsənilməsinə mənfi təsir edir.şagirdin geri qalmasına,zəif oxumasına səbəb olur.Müəllim dərs buraxmanin qarşısını vaxtında almalıdır.əks halda bu şagirddə adətə çevrilir,sonra da şagirdə bunu tərgitmək çox çətin olur.Müəllim belə şagirdlərə fərdi yanaşmalı,onların dırs buraxmalarının səbəbini öyrənməli,lazımi tədbirlər görməlidir.Məktəb rəhbərləri,uşaq və gənclər təşkilatları bu işdə müəllimə yaxından kömək etməlidir.9.Təlimdə geri qalmanın səbəblərindən biri də.ailədə şagirdin dərsə hazırlaşmasınalazımi şəraitin yaradılmamasıdır.Bəzi ailələr evdə uşağı nəzarətsiz buraxır,yaxud ev işləri ilə həddindən artıq yükləyirlər.Hətta, bəzi ailələr hazırda iqtisadi çətinlikləri nəzərə alaraq uşağı kommersiya işlərinə,alqı-satqı ilə,xırda alverlə məşğul olmağa təhrik edirlər.Sinif rəhbəri məktəb psixoloqu ilə birlikdə ailə ilə yaxın əlaqə yaradıb,bu işdə valideynlərə düzgün göstəriş verməli,kömək göstərməlidir.10.Şagirdin qüvvə və qabiliyyətini düzgün qiymətləndirmədikdə də təlimdə geri qalma halları baş verir.Sagirdin qabiliyyətini qiymətləndirdikdə iki cür səhvə yol verilir;     1.Sagirdin qabiliyyəti həddən artıq qiymətləndirilir.Bu şagirddə arxayınçılıq,lovğalıq yaradır və o tədricən geri qalmağa başlayır.      2.Şagirdin qabiliyyəti heç qiymətləndirirlmir.Hətta müəllim,valideyn uşağa deyir; Səndən oxuyan olmaz,nahaq məktəbə gedirsən.vaxtını hədər yerə sərf edirsən.Sagirdlərə belə yanaşma düzgün deyildir.Hətta ən yaxşı oxuyan şagirdə bele bu cür yanaşdıqda,o da tədricən geri qalar.Bu qeydlərdən göründüyü kimi,şagirdlərin psixoloji xüsusiyyətlərini öyrənib bilmək,təlim-tərbiyə işiinin düzgün qurulmasına,elmlərin əsaslarının dərindən mənimsənilməsinə,bununla  birlikdə,dərsdə geri qalan şagirdlərin müvəffəqiyyətlə oxumalarina nail olmaq işində müəllimə,valideynlərə əhəmiyyətli yardım göstərir.


Müəllif : 263 №-li tam orta məktəbin 
psixoloqu Zeyniyeva Gülşən
      

среда, 23 апреля 2014 г.







   Bizim məktəb... 

   Bəziləri üçün bu "bizim" sözü sadəcə adi termindir, şəxs əvəzliyidir. Amma onun böyüklüyü və dəyəri qoşulduğu və aid olduğu sözlə bilinir.Yuxarıda qeyd olunan "Bizim məktəb" birləşməsi bu dəyərin açıqlaması ola bilər.

    Hal - hazırda çalışdığım məktəb mənim kimi bir çox müəllim üçün əzizdir. Niyə ?  Cavab çox sadədir: …

     İlk dəfə bu məktəbə ayaq basanda, hamı kimi mənim də yeddi yaşım vardı. Hər birinci sinfə gələn  kiçik qız kimi saçımda ağ lent , çiynimdə məktəbli çantası, ürəyimdə bir az həyəcan , bir az sevinc , bir az  da   qorxu , məktəb foyesinə daxil oldum. O vaxtlar bu foye mənə çox böyük görünürdü.

     Sinif otağımız birinci mərtəbədə yerləşirdi. İkinci mərtəbəyə heç qalxmamışdıq. Buna görə bizim üçün  ikinci və üçüncü mərtəbələr möcüzəli bir dunya təsəvvürü yaradırdı. Yalnız üçüncü sinfdə oxuyanda böyük qardaşımın məni II mərtəbəyə apardığı ekskursiyadan sonra bildim ki, orada da sinif otaqları var və bu siniflərdə yaşca böyük olanlar dərs keçirlər.

    İllər keçdi. Amma biz, bu məktəbdə şagird olub, indi müəllim adını daşıyanlar , hələ də məktəbi möcüzəli dünya sayırıq. 

    Məktəb bizim evimizdir. Çünki ömrümüz burada keçib. Bu məktəbin hər daşında xatirələrimiz, sevincimiz , kədərimiz , arzularımız yaşayır. Dəhlizlərdə bir zaman bizə dərs deyən,  indi isə çiyin - çiyinə çalışdığımız müəllimlərlə qarşılaşdıqda ,onların gözlərindəki mehribanlıq və qürur hissi bizim üçün bir dünyanın nemətinə bərabərdir. Bu gün biz şərəfli  müəllim adını daşıyırıqsa buna görə sizə borcluyuq. Sağ olun ki, varsız , bu məktəbi yaşadan və ucaldan müəllimlərimiz!



                                                              Ismayılova Samirə

суббота, 19 апреля 2014 г.

NOVRUZ BAYRAMI


Mart ayının 14 də  "Elimizə Novruz gəlir" adı altında keçirilən  tədbir məktəbdə keçirilən bir sıra tədbirlərdən fərqlənirdi. Bu tədbiri digər tədbirlərdən fərqləndirən cəhət təşkilatçının təşəbbüsü ilə səhnədə şagirdlərlə yanaşı müəllimləin də iştirak etməsi idi. Tədbir  təbiətin oyanmasını canlandıran rəqslə başladı. Bu rəqs məktəbimizin ən kiçik şagirdləri tərəfindən ifa olundu.


    "Elimə ,obama xoş gəldin əziz bayramım! Bu gozəl diyara, ulu torpağa baharın salamı novruz! Qədəmlərin yurduma uğur gətirsin, nur gətirsin!" Aparıcı Ləman bu sözlərlə bahari və Novruz bayramını salamladı.

5-ci sinif şagirdləri Azərbaycan mahnısını məharətlə ifa etdilər.



Sonra Bahar qız öz gözəl rəqsini tamaşaçılara hədiyyə etdi.




 Hər çiçəyin öz gözəlliyi var. Amma Novruzgülünü ən cəsur çiçək adlandırmaq olar.O, qar altından açan ilk çiçəkdir.Baharın ilk çiçəyi Novruzgülüdür. 


Bayramda hər süfrənin yaraşığı olan gözəl səməni. Balaca rəqqasələr "Səməni" rəqsini ifa edərkən Gülnar gözəl ifasıyla onları müşaiyət edir.


6 -cı sinif şagirdləri şəhərimizin möhtəşəm abidələrindən , qeyd edilən Novruz bayramından ingilis dilində hazırladıqları səhnəciklə məlumat verdilər.




Şagirdlərlə yanaşı müəllimlər də səhəciklərdə iştirak edirlər.  Onlar da şeir  deyir , mahnı oxuyur, yallı reqsini ifa edirdilər.


Məkətbin aşıqı İsmayıl saz havası ilə baharı salamladı.


Tamaşaçıların ən çox sevdiyi iştirakçılar Novruzun ən gözəl təmsilçiləri Kosa və Keçəl hamını əyləndirdi. qonaqlarla yumurta döyüşen Kosa payını alaraq iştirakçılara qoşuldu.